Bu günə xəbərlərin oxunma sayı: 1747
— 11.08.2017 17:28

Göygöldə qəza baş verib, yaralılar var

Göygöldə xəsarətlə nəticələnən yol qəzası baş verib. Hadisə Bakı-Qazax avtomobil yolunun Göygöl rayonunun Balçılı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ-2106" markalı avtomobil əvvəlcə "VAZ-2107" ilə toqquşub, daha sonra isə yolayırıcı dəmir maneəyə çırpılıb. Nəticədə "VAZ 2106"-da olan 4 nəfərdən 3-ü xəsarət alıb. Tərzan Abdullayev, Hikmət Osmanov və  Kamil Musayev xəstəxanaya yerləşdiriliblər. “VAZ-2107" markalı minik maşınının sürücüsü isə qəzadan yüngül xəsarətlərlə qurtulub. Faktla bağlı araşdırma aparılır.

 

Xaliq Qurbanlı