• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1519
— 10.08.2017 17:54

Ani qığılcım fəsadlarla nəticələndi

KepezTV Player

Ani qığılcım yenə fəsadlarla yadda qalıb. Alov kəndlinin gəlir mənbəini, qışa tədarükünü, min bir əziyyətini heçə endirib. Yanğın hadisəsi İsmayıllı rayonunun Mollaisaqlı kəndində baş verib. Şahverən Ağakişiyevə məxsus tövlə qəflətən alovlanıb. Hadisə yerinə İsmayıllı Rayon Yanğından Mühafizə İdarəsinin texnika və canlı qüvvəsi cəlb olunub. 120 kvadrat metrlik tövlənin 80 kv metrlik hissəsi və 450 bağlama otdan 400-ü yararsız hala düşüb. Həmçinin tövlədə olan iki baş mal yanaraq ölüb. Yaxınlıqdakı yaşayış evi yanğınsöndürənlər tərəfindən mühafizə edilib.

 

Vüsalə Camal