Bu günə xəbərlərin oxunma sayı: 1213
— 09.08.2017 18:49

Yük avtomobillərinin ehtiyat hissələrini oğurlayırmış

KepezTV Player

Oğurluq eyibdir, çünki sənin olmayana göz dikirsən, çünki oğrun əldə etdiyin sənin deyil, çünki qanundan əvvəl vicdanın buna əl verməməlidir. Vicdanının səsinə qulaq bağlandınsa, heç olmasa qanunun sərt üzünü yada sal. Görünən odur ki, sözlərim onun üçün artıq gec qalıb. Çünki o, özgə malına artıq göz dikib və cəzasını da alacaq.

Paytaxtın Qobustan qəsəbəsi sakini, sərnişindaşıma ilə məşğul olan şəxslərdən biri Qaradağ RPİ 11-ci Polis Bölməsinə idarə etdiyi “Daewoo” markalı avtobusdan dəyəri 500 manat olan iki ədəd akkumlyatorun oğurlandığı barədə şikayət edib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə təqsirli bilinən paytaxt sakini Ramal Qəhrəmanov saxlanılıb. İlkin araşdırma zamanı onun Qaradağ rayonu ərazisində törətdiyi başqa cinayətlərin də üstü açılıb.

Saxlanılan şəxsin Səbail rayonu ərazisində 5 yük avtomobilinin akkumulyatorunu oğurladığı da məlum olub. Faktlarla başlı Qaradağ RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Vüsalə Camal