• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 903
— 09.08.2017 18:39

Qohumlar arasında münaqişə qanla nəticələndi

KepezTV Player

Bakıda qayın yeznəsinin və onun qardaşının qanını axıtdı. Hadisə Sabunçu rayonunun Balaxanı qəsəbəsində qeydə alınıb. Ailə-məişət münaqişəsi zəminində baş verən dava zamanı 34 yaşlı Bəhram Əlixanov bədəninin müxtəlif nahiyyəsindən, onun qardaşı 40 yaşlı Surət Əlixanov isə ürək nahiyəsindən bıçaqlanıb. Hər iki yaralı yaxınlarının köməyi ilə 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Xəstəxanadan onların vəziyyətlərinin ağır olduğu bildirilir. Hadisəni törədən Surət Əlixanovun qaynı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Fakt araşdırılır.

 

Vüsalə Camal