• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1073
— 09.08.2017 20:59

Narkotik yetişdirən Tovuz sakini ələ keçdi

Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həyətyanı sahəsində çətənə kolları əkib-becərən Qovlar şəhər sakini, 58 yaşlı Kərim Kərimov saxlanılıb. Ərazidən aqrotexniki qaydada becərilən 10-a yaxın kol tapılıb və məhv edilib. Saxlanılan Kərim Kərimov narkotiki öz istifadəsi üçün yetişdirdiyi deyib. Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Vüsalə Camal