• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 776
— 08.08.2017 15:41

Futbol üzrə Türkiyə milli komandasındakı karyerasını başa vuran Arda Turan qərarını dəyişib

“Barselona”ın formasını geyinən 30 yaşlı yarımmüdafiəçi yığmanın yeni baş məşqçisi Mirça Luçesku ilə görüşdən sonra bu addımı atıb.

Rumıniyalı baş məşqçi dünən İspaniyada baş tutan “Barselona” -“Şapokeonse” görüşündən əvvəl Turanla bir araya gələrək onu milliyə dönməyə razı salıb.

Arda Turan iyunun 6-da təşkil etdiyi mətbuat konfransında yığma karyerasını başa vurduğunu açıqlamışdı. O, idman yazarı Bilal Meşeyə hücum etməsindən sonra yaranan qalmaqal səbəbi ilə bu cür qərar qəbul edib.

 

 

Orxan Cəfərzadə