• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2343
— 08.08.2017 18:02

İki gün əvvəl batan gəncin meyiti tapıldı

KepezTV Player

İki gün əvvəl Kürdə batan şəxsin meyiti tapılıb. Ağstafanın Qıraq Kəsəmən kənd sakini 23 yaşlı Fəyyaz Babayevin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılıb. Meyit müayinə olunduqdan sonra aidiyyəti üzrə təhvil verilib. Fəyyaz Babayev dostları ilə çayda çimərkən batıb. Faktla bağlı araşdırma aparılır.Sumqayıtda da dənizdə batan yeniyetmənin meyiti tapılıb. Sumqayıtda isə 16 yaşlı gənc canını suda tapşırıb. Hadisə günorta saatlarında şəhərin Corat qəsəbəsi yaxınlığında - çimərlik üçün qadağan olunmuş ərazidə qeydə alınıb. Şahidlərin sözlərinə görə, gənc dənizə tək gəlibmiş. O üzərək sahildən xeyli uzaqlaşıb və qəflətən batıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat verilib. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq gəncin axtarışlarına başlayıblar. Bir neçə saatdan sonra Saleh Qasımovun cəsədi tapılıb və sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Vüsalə Camal