• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1012
— 05.08.2017 15:34

“Qarabağ”ın “Kopenhagen”lə keçirəcəyi oyunların başlama saatları bəlli olub

Danimarka çempionu ilə həm Bakı, həm də səfərdəki oyunların nə vaxt start götürəcəyi müəyyənləşib. Avqustun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq ilk görüş saat 20:00-da başlayacaq. Ayın 23-də Kopenhagendə keçiriləcək cavab qarşılaşması isə Bakı vaxtı ilə 22:45-də start götürəcək.

Qeyd edək ki, “Qarabağ” ÇL-in pley-off mərhələsinə qədər Gürcüstanın “Samtredia” və Moldovanın “Şerif” klubunu mübarizədən kənarlaşdırıb.

 

Orxan Cəfərzadə