• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1702
— 04.08.2017 23:38

Tovuzda qəza olub, sürücü xəsarət alıb

Tovuzda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.Hadisə rayonun Aşağı Öysüzlü kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan  “Opel” markalı maşın “KamAZ”-a çırpılıb. Qəza zamanı “Opel”in sürücüsü 42 yaşlı Teymur Ocaqverdiyev xəsarət alıb. Yaralı Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Elnur Vahidoğlu