• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2188
— 04.08.2017 20:28

Gəncin meyiti tapıldı

KepezTV Player

Hadisənini dünənə olan buraxılışında Neftçalada 28 yaşlı gəncin dənizdə batdığı və axtarışının aparıldığı barədə məlumat vermişdik. Bir daha xatırladaq ki, hadisə rayonun Yeniqışlaq kəndi ərazisində Baş Mil-Muğan kollektorunun Xəzər dənizinə tökülən hissəsinin yaxınlığında qeydə alınıb. Mirqurbanlı kənd sakini Təbriz Bağırov ailə üzvləri və yaxın qohumları ilə birlikdə həmin ərazidə istirahət edirmiş. Sonra o, sərinlənmək üçün dənizə baş vurub. Bu zaman mənsəbdə yaranmış burulğana düşən gənc doğmalarının gözü qarşısında suda bataraq boğulub. Hadisə yerinə gələn FHN-nin xilasediciləri tərəfindən axtarışa başlanılıb. Nəhayət Təbriz Bağırovun meyiti batdığı yerdən çıxarılaraq aidiyyati üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

 

Vüsalə Camal