Gədəbəy rayonunun Şınıx kəndində göldə bir nəfər batıb. Dərhal Fövqəladə Hallar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunublar və vətəndaşın axtarışına başlanılıb. Xilasedicilər göldən 15 yaşlı Pərviz Abbasovun cəsədini taparaq sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Elnur Vahidoğlu
- Baxış: 407