• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1563
— 03.08.2017 22:31

Göygöldə 27 yaşlı gənci maşın vurub

KepezTV Player

Göygöldə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Çaylı kəndinə gedən yolda qeydə alınıb. Kənd sakini 27 yaşlı Rəşad İsmayılov yolu keçmək istəyərkən avtomobillə vurulub. Zərərçəkən dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə çatdırılıb. Ona tibbi yardım göstərilib. Vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.

 

Elnur Vahidoğlu