• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 813
— 02.08.2017 12:45

Ermənini üstələyən güləşçimiz qızıl medala yiyələndi.

Finlandiyanın Tampere şəhərində start götürən güləş üzrə gənclər arasında Dünya çempionatı millimiz üçün uğurlu başlayıb.  İlk yarış günündə 50, 60, 74 və 96 kq çəki dərəcələrində sərbəst güləşçilər yarışıb. Yığmamız günü 1 qızıl medalla başa vurub. 

50 kq çəki dərcəsində mübarizə aparan Şahin Muxtarov bütün rəqiblərini məğlub edərək qızıl medal və gənclərin Dünya çempionu titulunu qazanıb. Güləşçimiz finala qədər ardıcıl olaraq Kanada, Qırğızıstan və Rusiya idmançılarını üstələyib. Həlledici görüşdə Ermənistan təmsilçisi ilə qarşılaşan Şahin əzmkarlıq nümayiş etdirərək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. 

 

50 kq 
FİNAL - Şahin Muxtarov - Karen Zurabyan (ARM) 7:5
1/2 final - Şahin Muxtarov - Aslan Minkailov (RUS) 3:2
1/4 final - Akbar Kenjebek Ulu (KGZ) - Şahin Muxtarov 0:10
1/8 final - Axtar Kieran İmran (CAN) - Şahin Muxtarov 0:12

 

ORXAN CƏFƏRZADƏ