• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1435
— 27.07.2017 18:59

İrandan başqasına narkotik gətirən qadın saxlanıldı

KepezTV Player

İrandan gələn qadından narkotik götürülüb. Dövlət Sərhəd Xidməti və Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində “Astara” sərhəd nəzarəti məntəqəsində, İrandan Azərbaycana qayıdan Bakı şəhər sakini 44 yaşlı Fərəcova Səfa Məmmədşah qızı saxlanılıb. Onun əşyalarına baxış zamanı 2 ədəd “ketçub” qabının içərisində gizlədilmiş narkotik vasitə - 295 qram heroin aşkar olunaraq götürülüb. Daha sonra keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, narkotik vasitənin sifarişçisi Azərbaycan vətəndaşı Cəlilabad rayonu Göytəpə şəhər sakini 22 yaşlı Mirzəyev Səbuhi Rövşən oğlu müəyyənləşdirilərək saxlanılıb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Vüsalə Camal