• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1960
— 26.07.2017 18:46

Tanışları ilə yeyib-içən kişi bıçaqlandı

KepezTV Player

Bakının Binəqədi rayonunda yerləşən kafelərdən birində bıçaqlanma olub. Hadisə Mirmahmud Kazımovski küçəsində qeydə alınıb. 45 yaşlı Hakim Hüseynov tanışları ilə kafedə yeyib-içdikdən sonra dava edib. Bu zaman ona 3 bıçaq xəsarəti yetirilib. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsində araşdırma aparılır.

 

Vüsalə Camal