• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1788
— 26.07.2017 15:39

Ağır qəzalarda iki sürücü dünyasını dəyişdi

KepezTV Player

Ağır qəzalardan biri Salyanda baş verib. Hadisə bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun 76-cı kilometrliyində, rayonun Dayıkənd kəndi ərazisində qeydə alınıb. Cəlilabad sakini, 27 yaşlı Elvin Xanməmmədovun sükanı arxasında olduğu “Mercedes” Bakı istiqamətində hərəkətdə olarkən döngədə idarəetmədən çıxıb. Şahidlərin sözlərinə görə, yüksək sürətlə hərəkət edən maşın yoldan 20 metr kənara aşıb. Sürücü hadisə yerindəcə dünyasını dəyişib. Avtomobildə olan sərnişinlər-Cəlilabad sakinləri, 56 yaşlı Nigar Abışova, 41 yaşlı Fiqurə Quliyeva, 63 yaşlı Vəsmə Quliyeva və Telman Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Sürücünün meyiti morqa, xəsarət alanlar isə Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Yaralılara ilkin tibbi yardım göstərilib.

Qazaxın Yuxarı Salahlı kəndində də ölümlə nəticələnən ağır qəza baş verib. Rayon sakinləri 23 yaşlı Elvin İsmayılovun idarə etdiyi “Opel” və Samir Qasımovun sürücüsü olduğu “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə VAZ-ın sürücüsü hadisə yerində dünyasını dəyişib. Digər sürücü və sərnişin 25 yaşlı Elvin Əhmədov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hər iki yaralının vəziyyəti orta-ağır qiymətləndirilir. “Opel”in sürücüsünün dediyinə görə, hadisə ötmə əməliyyatı yerinə yetirilərkən baş verib. ((SOT ХР 00:00:00 NAME: Elvin İsmayılov TITLE: “Opel”in sürücüsü TEXT: )) Hər iki faktla bağlı BDYPİ-də araşdırma aparılır.