• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 817
— 25.07.2017 19:13

Mobil telefon və pul oğurlayaraq azadlıqlarına qənim kəsildilər

KepezTV Player

Paytaxt sakinlərindən biri DİN-in “102” Zəng Mərkəzinə müraciət edərək Yasamal rayonu A. Şərifzadə küçəsində ona məxsus “VAZ 2107” markalı avtomobildən mobil telefonun oğurlandığını bildirib. Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsi əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər. Bu da öz nəticəsini verib. Polis hadisəsi törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ramil Quliyevlə Ceyhun Məmmədovu saxlayıb. İstintaq tədbirləri nəticəsində onların Yasamal rayonu ərazisində, əsasən metro stansiyalarının yaxınlığında 10-dan artıq nəqliyyat vasitəsindən mobil telefon və pul oğurladıqları da məlum olub.

Faktlarla bağlı Yasamal RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir. Polis saxlanılan şəxslərin analoji cinayətlərdə iştiraını istisna etmir. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə DİN-in “102” Zəng Mərkəzinə və ya Yasamal RPİ-nə müraciət edə bilərlər.

 

Vüsalə Camal