• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1432
— 24.07.2017 16:17

Göygöldə 4 ildir itkin düşən kişinin arvadı tərəfindən öldürüldüyü üzə çıxıb

KepezTV Player

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış, eləcə də istintaq tədbirləri nəticəsində itkin düşmüş şəxs kimi 2013-cü ilin yanvar ayının 26-dan axtarışda olan Göygöl rayon Qırıxlı kənd sakini İlham Qəhrəmanovun qətlə yetirildiyini müəyyən edilib.

Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində  4 ildir axtarışda olan rayon sakini İlham Qəhrəmanovun 2013-cü ildə həyat yoldaşı Aynurə Qəhrəmanova tərəfindən ailə münaqişəsi zəminində qətlə yetirildiyi və həyətdəki tövlədə basdırıldığı müəyyən edilib. Saxlanılan şəxs istintaqa ifadəsi zamanı həyat yoldaşını qətlə yetirəndən sonra həyətdəki yardımçı tikilidə basdırdığını etiraf edib.

Aynurə Qəhrəmanova- saxlanılan şəxs: "Sinəsindən itələdim arxası üstə kravata düşdü. Boğazından tutub boğdum. Dedi boğuldum boğuldum. Xırıltısı gələndə buraxdım. Aparıb damın arxasın gizlətdim. Səhər açıldı fikirləşdim başqa çarəm yoxdur.  Yer qazıb basdırdım üstünü  də torpaqladım".

Yaradılan əməliyyat-istintaq qrupu tərəfindən yardımçı tikilidə qazıntı işləri aparılıb və mərhumun meyidinin qalıqları eksqumasiya olunaraq Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə göndərilib.

Aynurə Qəhrəmanova- saxlanılan şəxs: "Münaqişəli ailə olduğumzu üçün daim mübahisə olurdu. Hər gün dalaşırdıq. Həmin günü də mənə laqeyd sözlər çox dedi. Mənə ona dözmədim dalaşdıq".

Göygöl polisinin keçirdiyi digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində Qarabağ məhəlləsində yerləşən gölün kənarında qeyri-aşkar şəraitdə qətlə yetirilən rayon sakini Avtandil Əliyevi öldürməkdə şübhəli bilinən şəxslər də saxlanılıb.  Hadisəni rayon sakinləri  əvvəllər məhkum olunmuş Seymur Əhmədov və qohumu Röyal Mamedovun törətdiyi məlum olub. Saxlanılanlar ifadələrində Avtandil Əliyevlə birlikdə gölün kənarında sipirtli içki qəbul etdiklərini sonra aralarında mübahisə yarandığı və onu döyərək qətlə yetirdiklərini etiraf ediblər. Hər iki faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb, araşdırmalar davam etdirilir.

Natiq Hüseyn