• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2411
— 17.07.2017 19:40

Yollarda gələn bəla yenə can aldı...

KepezTV Player

Tovuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Əyyublu kəndində qeydə alınıb. Yolu keçmək istəyən Əyyublu kənd sakini 29 yaşlı Taleh Əsgərovu Mersedes markalı avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Siyəzəndə isə sərnişin mikroavtobusunun aşması nəticəsində 9 nəfər xəsarət alıb. Siyəzən-Məşrif-Qalaaltı avtomobil yolunun Sədan kəndi ərazisindən keçən hissəsində qeydə alınan hadisə nəticəsində hərəktədə olan “Mersedes” yoldan çıxaraq aşıb. Müxtəlif xəsarətlər alan rayon sakinləri Siyəzən Regional Müalicə Diaqnosika Mərkəzinə yerləşdiriliblər. Onlara ilkin tibbi yardım gösətrilib. Yaralılardan 29 yaşlı Cavid Əmirova qapalı kəllə beyin travması, 25 yaşlı Elçin Balabəyova isə sağ budun yuxarı 3-də birinin əzilməsi diqanozu qoyulub. Hadisənin daha dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.