• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1320
— 15.07.2017 17:27

Qaçqın və məcburi köçkünlərdə milli mənəvi dəyərlər və media ilə iş mövzusunda Gəncədə görüş olub

KepezTV Player

İcra edilən layihə işğal altında olan torpaqlarımıza aid milli-mənəvi dəyərləri bütün insanlara çatdırmaq məqsədi daşıyır. Dəyirmi masa ətrafına toplaşanlar o yerlərdə olan milli-mənəvi, maddi dəyərlərimizin yox olmaq təhlükəsi ilə üz-üzə olduğuna diqqət çəkiblər. Köçkün düşən insanlar respublikanın müxtəlif şəhər və rayonlarında məskunlaşdığından zamanla adət-ənənələrini itirir, orada hansı tarixi, mədəni abidələrin olduqlarını bilmirlər. Gənclərə bu dəyərlər haqqında dolğun məlumatlar çatdırılıb.