• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2043
— 17.07.2017 17:21

Gəncəli şahmatçı Türkiyədə yarışda çıxış edir

KepezTV Player

Bu gün Türkiyənin Konya şəhərində şahmat üzrə klublarası yarış start götürüb. Daxili birincilikdə komandaların tərkibində yerli idmançılarla yanaşı əcnəbi şahmatçılar da çıxış edir. Ölkəmizdən bu yarışa qatılan iti zəka sahibləri arasında gəncəli qrossmeyster Vüqar Rəsulov da var. Klublararası yarışda Rəsulov İzmirin Tuğba kollektivinin şərəfini qoruyacaq.  Daha əvvəl iyun və iyul ayları ərzində qonşu ölkədə iki beynəlxalq yarışda iştirak edən idmançı mükafatçılar sırasına düşməyi bacarmışdı.

Vüqar Rəsulov – şahmatçı :“Yarış həddindən artıq önəmli yarışlardan biridir. Çünki komandamız ilk 3 yerdən birini tutsa, yüksək dəstəyə vəsiqə qazanır. Türkiyə yarışında 1-ci masada oynayıram. Burada ən yüksək nəticəni göstərməyə çalışacam. 1-ci taxtada ən güclü idmançılardan biri mən olduğuma görə makimum nəticə göstərmək üçün əlimdən gələni edəcəm. 9 görüş olacaq. Digər komandalarda da güclü oyunçular var. Başqa masalarda bir neçə Azərbaycan və xarici şahmatçılar da mübarizə aparacaq.”

ORXAN CƏFƏRZADƏ