• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1295
— 15.07.2017 12:48

Gəncədə avtomobil 80 yaşlı kişini vurub

KepezTV Player

Gəncədə  Nizami Gəncəvi prospekti ilə Dədə Qorqud küçəsinin kəsişməsində piyadavurma hadisəsi baş verib. Vaz 21-06 markalı avtomobil yolu keçmək istəyən 80 yaşlı Allahverdi Cəfərovu vurub. Xəsarət alan şəxs sağ təpə nahiyəsinin əzilmiş – sıyrılmış, sol barmağın əzilmiş kəsilmiş xəsarəti diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Həkimlər xəstənin vəziyyətini orta-ağır kimi qiymətləndirirlər. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.