• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1541
— 14.07.2017 22:40

Gəncədə ana və uşağını avtomobil vurdu

KepezTV Player

Gəncədə piyadavurma hadisəsi olub. Qəza şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Hələlik sürücüsü məlum olmayan Qaz 3110 markalı avtomobil yol kənarı ilə gedən Gəncə sakini Aynurə Məmmədova və onun uşağını vurub. Qadın aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Azyaşlı isə şəhərdəki özəl xəstəxanalarından birinə aparılıb. Vəziyyəti ağır qiymətləndirilir. Qəzanı törədən sürücü avtomobili şəhərin Eminbəyli küçəsində saxlayaraq qaçıb. Faktla bağlı araşdırma aparılır.