Dövlət İmtahan Mərkəzinin Gəncədə təşkil etdiyi imtahanlarda Gəncə və ətraf rayonlardan 3554 abituriyent iştirak edib. Proses 7 binada 23 imtahan rəhbəri, 288 nəzarətçi müəllimin iştirakı ilə baş tutub. Təhlükəsizliklə bağlı 50-dən artıq xüsusi dövlət mühafizə xidmətinin, 150-yə qədər Gəncə Şəhər Baş Polis İdarəsi, Səhiyyə İdarəsi və Fövqaladə Hallar Nazirliyinin əməkdaşları imtahanlara cəlb olunub. İmtahanın nəticələri yaxın iki gün ərzində elan olunacaq. Növbəti imtahan 1 və 4-cü qruplar üçün iyul ayının 22-də keçiriləcək.
Mədinə Qasımova - abituriyent: Birinci imtahana buraxılmamışdım. İkinci imtahan uğurlu oldu.
Alı Cabbarlı - abituriyent: İmtahan yaxşı keçdi. Bir az gərginlik olur.
Əntiqə Məhərrəmova - abituriyent: Əvvəlkindən fərqli olraq suallar bir az çətin idi. Yaxşı yazdım. İnşallah yaxşı olar.
- Baxış: 584