• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1154
— 14.07.2017 12:58

Şəmkirdə meşələrin yanğından mühafizəsi yolları müzakirə olunub

KepezTV Player

Şəmkir meşələrində yanğın təhlükəsizliyinin təmin olunması mövzusuda seminar-müşavirə keçirilib. Meşələrin ümumi vəziyyəti, yanğınların baş vermə səbəbləri və meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə diqqət mərkəzində olub. Rayonda meşə sahələrinin yanğından mühafizə edildiyi, 8400 hektar massivdə son illərdə yanğının qeydə alınmadığı vurğulanıb. Cari ildə 60 hektar yeni meşə sahəsi salınıb ki onun da mühafizəsi etibarlı həyata keçirilir. Rayonda qanunsuz ağac kəsmə və bu sahəyə aid digər neqativ hallar aradan  qaldırılıb. “Meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması və yanğınlara qarşı mübarizə tədbirlərinin gücləndirilməsi” mövzusunda ətraflı fikir mübadiləsi aparılıb.

Natiq Hüseyn