• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1975
— 13.07.2017 14:47

Şəmkirdə sakinlərin müraciətləri səyyar formada dinlənilib

KepezTV Player

Şəmkirdə əhali ilə növbəti səyyar görüş rayonun Zəyəm-Cırdaxan kəndində reallaşıb. Rayonun icra strukturunun rəhbərləri 9300-ə yaxın sakini olan kənddə mövcud problemləri elə onların dilindən eşidib. Kənddə yeni məktəb binasının inşa olunduğu. 5 subartezian quyusu nun qazıldığı, əhalinin fasiləsiz təbii qaz və elektrik enerjisi ilə təchiz edildiyinə diqqət çəkilərək suya olan ehtiyacın tam ödənilməməsi qabardılıb. Eləcə də kənd daxili yolların təmiri, yeni bağça binasının inşası və digər sosial obyektlərin tikintisinin vacibliyi də rayon rəhbərliyinin diqqətinə çatdırılıb. Qaldırılan məsələlərin qısa müddətdə araşdırılıması və həlli adiyyatı strukturların rəhbərlərinə həvalə edilib.

Natiq Hüseyn