Bu günə xəbərlərin oxunma sayı: 1196
— 12.07.2017 15:28

“Qarabağ” “Samtredia”nı evə biabırçı məğlubiyyətlə göndərdi

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində mübarizə aparan Azərbaycan çempionu “Qarabağ” ilk oyunda  doğma meydanda Gürcüstanın “Samtredia” klubunu qəbul edib. Ardıcıl 4-cü dəfədir ölkəmizi bu turnirdə təmsil edən Ağdam təmsilçisi darmağın hesabla qələbə qazanıb. Bu cütün favoriti hesab olunan köhlən atlar rəqibinə 5 cavabsız qolla qalib gəlib. Cavab qarşılaşması öncəsi böyük üstünlük qazanan "Qarabağ" növbəti mərhələyə vəsiqəni demək olar ki əldə edib.

Çempionlar Liqası

II təsnifat mərhələsiniin ilk oyunu

11 iyul

21:00. “Qarabağ” (Azərbaycan) – “Samtredia” (Gürcüstan) - 5:0 
Qollar: Əfran İsmayılov, 10-pen. Dino Ndlovu, 36, 45+1-pen. Donald Gerryer, 81, Miçel, 90+1
Baş hakim: Mete Kalkavan
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

ORXAN CƏFƏRZADƏ