• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1943
— 10.07.2017 23:00

Qadınlara qarşı soyğunçuluq edən saxlanıldı

KepezTV Player

Iyul ayının 6-ı və 7-də Nizami rayonu ərazisində metronun “Neftçilər” stansiyasının yaxınlığında naməlum şəxs Bakı şəhər sakini olan iki qadına qarşı zor tətbiq edərək onların qızıl boyunbağısını götürüb və hadisə yerindən qaçıb. Nizami Rayon Polis İdarəsi  24-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Vüsal Rzayev saxlanılaraq istintaqa təqdim olunub. Saxlanılan şəxs ifadəsi zamanı soyğunçuluq yolu ilə əldə etdiyi boyunbağıları qızıl qəbulu məntəqələrindən birinə satdığını bildirib.Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.  Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nizami RPİ-nə müraciət edə bilərlər.