• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1225
— 07.07.2017 23:09

Narkotik vasitə satanlar ifşa edildi

KepezTV Player

Abşeron RPİ-nin əməkdaşları həyətində külli miqdarda narkotik vasitə olan çətənə kolları əkib becərən şəxsi yaxalayıb. RPİ-nə Abşeron rayon Saray qəsəbəsində yaşayan 36 yaşlı Məzahir Quliyevin həyətində narkotik tərkibli çətənə kolları əkməsi barədə əməliyyat məlumatı daxil olub. Dərhal hadisə yerinə yollanan polis əməkdaşları sözügedən şəxsin həyətyanı sahəsinə baxış keçiriblər. Orada 21 ədəd kultivasiya üsulu ilə əkilmiş çətənə kolu aşkar olunaraq maddi sübut kimi götürülüb.

Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsinə Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Füzuli Hüseynovda narkotik vasitə olduğu barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz axtarış tədbirləri nəticəsində həmin şəxs  Lökbatan qəsəbəsi ərazisində saxlanılıb və onun üzərinə baxış zamanı 52,065 qram heroin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq bölmə əməkdaşları tərəfindən F.Hüseynovun yaşadığı evə baxış keçirilib və oradan əlavə olaraq 1 kiloqram 165 qram heroin aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsi zamanı külli miqdarda narkotik vasitəni Lənkəran rayonunda tanış olduğu İran İslam Respublikasının vətəndaşından 4000 manata aldığını bildirib.Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam edir.