• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1313
— 06.07.2017 17:24

Fitnes və yoqaya maraq artıb

KepezTV Player

Son illər fitnesə və yoqaya maraq artıb. Sevindirici hal odur ki, “çəkim artıb. Gərək idman edim” fikri artıq dəyişib. İnsanlar sağlamlıq üçün idmanı seçirlər. Onlar arasında isə yaşlılar və ağır zehni işlə məşğul olan müəllimlər üstünlük təşkil edir.

Vüsalə Əliyeva Gəncə sakini: İdmana 2 ildir başlamışam. Çox böyük müsbət təsirləri var. Həm fiziki, həm də zehni cəhətdən. 75 kq ilə gəlmişən indi 60 kq olmuşam.

Alina Həşimova Gəncə sakini: 2 aydır idmana gəlirəm. Həm arıqlamaq həm də formada qalmaq üçün. Artıq fərq hiss edirəm.

Fitnes “uyğun forma, sağlamlıq” deməkdir. Bir sıra idman hərəkətlərinin birləşməsindən yaranan idman növüdür. Hər yaşda olan insan bu idman növü ilə məşğul ola bilər, amma mütləq mütəxəssis tərəfindən yaşına, sağlamlıq vəziyyətinə uyğun hərəkətlər seçilməlidir.

Xəyalə Nəcəfova məşqçi: Bir neçə illər bundan əvvəl buna mətnaltı baxırdıalr. Son illər şükür bu fikir dəyişib. Hətta yaşlı, cavan, orta məktəb şagirdlərindən tutmuş 55-60 yaşından yuxarı qadınlar da var ki, bunlar da gəlib iştirak edirlər. Sevindirici hallardan biri də odur ki, insanlar bunu arıqlamaqdan da çox sağlam həyat tərzi kimi seçirlər.

İdman salonlarında günlərin sayına uyğun olaraq qiymətlər 30-50 manat arası dəyişir. İdman hərəkətlərindən sonra adətən yoqa təlimi də keçirilir.

Xəyalə Nəcəfova məşqçi: Yorğun əzələnin bərpa olunması üçün yoqa əvəzolunmazdır. Bundan başqa yoqada düzgün nəfəsalmanın öyrənilməsi də əsas şərtlərdən biridir. Bizdə hamilə qadınlar sırf yoqaya müraciət edirlər. Məktəb vaxtı ağır stress keçirən ağır zehni yorğunluğu olan müəllimlər daha çox yoqaya üstünlük verirlər ki, onlar zehnən də dincəlsinlər.Yoqa bildiyimiz bir hərəkət-gözlərin yumularaq nəfəsalmanın idarə edilməsi hərəkətindən ibarət deyil. Müxtəlif idman hərəkətlərindən ibarətdir. Bunların hər biri sırf ruhumuzun dincəlməyi üçündür.