• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1534
— 06.07.2017 15:28

Samuxlu mədəniyyət işçiləri silsilə tədbirlər keçirir

KepezTV Player

Samuxda mədəni irsimizin təbliği məqsədilə tədbir keçirilib. Rayon Mədəniyyət Mərkəzinin kollektivi tarixi ənənələrimizi özündə əks etdirən əl işləri, rəsm əsərləri, ədəbi-bədii kompazisya ilə sakinlərin görüşünə gəlib. Tədbirdə çıxış edənlər Samuxun potensial imkanları tarixi abidələri haqqında geniş məlumat veriblər. Rayon mədəniyyət işçilərinin respublikanın müxtəlif bölgələrində keçirilən müsabiqələrdə əldə etdikləri nailiyyətlər yüksək qiymətləndirilib. Hazırda mədəniyyət evinin kollketivi Xaçmaz şəhərində təşkil olunacaq növbəti festivala hazırlaşır.

Şəlalə Tağıyeva Samux rayon Mədəniyyət Mərkəzinin direktoru: Biz musiiqli sərgimizi keçiririk. Eyni zamanda milli teatrımızın tarixindən bəhs edən tamaşalar səhnəyə qoymuşuq. İlk belə tədbiri Sərkar kənd folklor evində keçirdik. İkinci tədbir isə mədəniyyət mərkəzində reallaşdı. Bundan sonra isə eyni məzmunlu tədbirlər rayonun müxtəlif kəndlərində faəliyyət göstərən mədniyyət ocaqlarında təşkil olunacaq.

Natiq Hüseyn