KepezTV Player
Ölkə üzrə 9 şəhər və rayonda təşkil olunan imtahanda Gəncə və ətraf rayonlardan ümumlikdə 3680 nəfər iştirak edib. Ali təhsil müəssisələrinin 5-ci ixtisas qrupuna, tam və ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə və eksternat qaydasında attestasiyada iştirak etmək üçün müraciət edən 9 və 11-ci sinif şagirdləri öz biliklərini nümayiş etdirib. İmtahanların keçirilməsi üçün Gəncə şəhərində 7 bina ayrılıb. 24 imtahan rəhbəri və 280 nəfər nəzarətçi-müəllim imtahanı idarə edib. Təhlükəsizliklə bağlı Gəncə Şəhər Polis İdarəsi, Səhiyyə İdarəsi və Fövqəladə Hallar Nazirliyinin 100-ə qədər əməkdaşı cəlb olunub.
- Baxış: 469