• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1992
— 04.07.2017 16:02

Gəncəli güləşçi millinin tərkibində bürünc medala yiyələndi

KepezTV Player

Sərbəst güləş üzrə yeniyetmələrdən ibarət Azərbaycan yığması beynəlxalq turnirdə komanda yarışında üçüncü olub. Millinin tərkibində xalça üzərinə çıxan  gəncəli güləşçi bürünc mükafatın əldə olunmasında mühüm rol oynayıb.

İranda keçirilən 3-cü Yadigar İmam kubokunda millimizin fəxri kürsüyə yüksəlməsində Ramiz Həsənovun böyük payı olub.  54 kq-da güləşən Nizami yurdunun təmsilçisi qrupda qarşılaşdığı bütün rəqiblərinin kürəyini yerə vurub. Həmçinin komandamız da maksimum nəticə göstərərək yarımfinala adlayıb.

Ramiz Həsənov – milli komandanın üzvü : Milli komandanın tərkibində İranın Çabahar şəhərinə yollandıq.  Orda güclü yarış keçdi. Qrup mərhələsində 3 komandanı - İran, İraq və Macarıstanı məğlub etdik. Mən də hər 3 görüşdə rəqiblərimə qalib gəldim. 

Ramiz Həsənov – milli komandanın üzvü : Biz yarımfinalda Rusiya ilə qarşılaşdıq. Həmin görüş çətin oldu, uduzduq və mən də rəqibimə məğlub oldum. Amma 3-cü yer uğrunda İran komandası ilə güləşdik. Onlar üzərində qələbə qazandıq və bürünc medala layiq görüldük.

Ramiz Həsənov bu ayın sonunda daha məsuliyyətli sınaq qarşısında olacaq. Yeniyetmə güləşçi Bosniya və Hersoqovinada keçirləcək Avropa çempionatında iştirak edəcək.

ORXAN CƏFƏRZADƏ