• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1894
— 03.07.2017 22:24

Həkim özü xəstəxanalıq oldu

KepezTV Player

Lənkərandakı şadlıq saraylarından birində çağırışa gələn həkim döyülüb. Toya gələn  qonaqlardan biri,60 yaşlı Xeyrannisə Axundovanın halı qəfildən pisləşıb. Qadına yardım göstərilməsi üçün qohumları təcili tibbi yardım çağırıb. Lakin hadisə yerinə gələn Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi, 29- yaşlı  Vüsal Həsənov xəstənin həyatını xilas edə bilməyib. Mərhumun qohumları şadlıq sarayının həyətində həkimə fiziki güc tətbiq etməklə bədən xəsarəti yetirib.

Fayaz Həsənov - zərərçəkənin atası: Özü də bunu nahaq yerə vurublar. Bir var gələ səhv nəsə edə, başqa bir iynə filan vura. bu çatıb görüb ki,artıq xəstə keçinib. bu doğru deyil axı.

Məməmədbağır Axundov - Lənkəran Şəhər TTTYS-nin baş həkimi: Çatan kimi görüb xəstə uzanıb yanında da bir adam. Gəlib xəstəyə yardım eləsin o adam bunun gözünün altından bir təpik vurub. buna baxmayaraq xəstəni qoyublar maşına amma yenə yolda maşına xəsarət yetiriblər Kəllə-beyin travması alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən həkim Vüsal Həsənovun vəziyyəti orta-ağırdır.