• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1722
— 30.06.2017 13:39

Avtomobillər toqquşdular, yol kənarında dayanan qardaşlar yaralandılar

KepezTV Player

Lənkəranda zəncirvari qəza nəticəsində iki qardaş ağır xəsarət alıb. Hadisə Ələt-Astara magistralının Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. ”Mercedes”lə iki ”VAZ” markalı avtomaşınlar toqquşublar. Nəticədə yolun kənarında dayanan, taksi fəaliyyəti ilə məşğul olan qardaşlar, 29 yaşlı Vüsal və 27 yaşlı Marif Tahirovlar ağır xəsarət alaraq, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Çoxsaylı sınıq xəsarətləri ilə daxil olan yaralılar əməliyyata götürülüblər. Xəstəxanadan ARB-ə verilən məlumata görə, hazırda vəziyyətləri orta-ağırdır. Qəza nəticəsində "VAZ"lardan birinin sürücüsü Nurlan Kazımov da xəsarət alıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

 

Zülfiyyə Telmanqızı