• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 764
— 29.06.2017 13:59

Ana və oğul dünyasını dəyişdi

KepezTV Player

Masallı rayonu, Sərçuvar kəndində ağır yol nəqliyyat hadisəsi baş verib. “Mercedes” markalı yük avtomobili ilə “VAZ” markalı minik maşını toqquşub. Nəticədə “VAZ”-ın sürücüsü, 29 yaşlı Elmin Bayramov və anası 51 yaşlı Reyhanə Abbasova dünyasını dəyişib. Avtomobildə sıxılmış vəziyyətdə qalan cəsədlər yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Hadisə zamanı ölən qadının digər oğlu, 26 yaşlı Mahir Bayramov , “Mercedes”-in sürücüsü Beyləqan sakini 37 yaşlı Mehdi Hüseynov və sərnişini 36 yaşlı Bəhruz Qafarov muxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Onlardan Mahir Bayramovun vəziyyətinin ağır olduğu deyilir. Faktla bağlı araşdırma aparılır.

Zülfiyyə Telmanqızı