Güclü yağışlar Goranboyda fəsadlara yol açıb. Rayon ərazisində keçən Kürəkçayda suyun səviyyəsi artıb və çay daşıb. Sel suları rayonun Nadirkənd və Qazancı kəndlərində əkin sahələrinə və təsərrüfatlara ziyan vurub. Kənd yollarında avtomobillərin hərəkətində problemlər yaranıb. Təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar işlərə başlayıblar.
Elnur Vahidoğlu
- Baxış: 558