• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1121
— 22.06.2017 11:59

Futbol üzrə Konfederasiyalar Kuboku - 2017-də 2-ci turun oyunları başlayıb

Növbəti turun birinci oyun günü 2 qarşılaşma baş tutub. Meydana ilk olaraq ev sahibi Rusiya və son Avropa çempionu Portuqaliya çıxıb. Görüşün 8-ci dəqiqəsində 1 qol vuran  prineylilər bu hesabı sonadək qoruyaraq qəbələ qazanıb. Portuqalların yeganə qolunu son günlər vergi borcları səbəbindən gündəmdən düşməyən Kriştiano Ronaldo vurub. Uduz futbolçu sol cinah asmasını başıyla tora salaraq komandasına 3 xal qazandırıb.

Bu qrupun digər oyununda Meksika Yeni Zelandiyayla üz-üzə gəlib. Okeaniyalılar ilk yarının sonuna 3 dəqiqə qalmış Kris Vudun qolu sayəsində fasiləyə üstün yollanıb. Ancaq növbəti 45 dəqiqədə şimali amerikalılar oyunun axarını xeyirlərinə dəyişə biliblər. Əvvəlcə 54-cü dəqiqədə Raul Ximenez yumşaq mərmini qüvvətli zərbəylə tora sancaraq status-kvonu bərpa edib. 73-cü dəqiqədə isə Oribe Peralta fərqlənərək yekun hesabı təyin edib. 2:1 Meksikanın qələbəsi. Son turdan sonra qrupa 4 xalla Meksika liderlik edir. Eyni xala malik Portuqaliya 2-ci, 3 xalı olan Rusiya 3-cü yerdədi. Sonuncu pillədə isə 0 xala malik Yeni Zelandiya yığması qərarlaşıb. 

 

Konfederasiyalar Kuboku

21 iyun

A qrupu

19:00 Rusiya - Portuqaliya - 0:1
Qol: Ronaldo, 8 

22:00 Meksika - Yeni Zelandiya - 2:1
Qollar: Kris Vud, 42 (0:1),  Raul Ximenes, 54 (1:1), Oribe Peralta, 73 (2:1)



 

1.

Meksika

2

1

1

0

4:3

4

2.

Portuqaliya

2

1

1

0

3:2

4

3.

Rusiya

2

1

0

1

2:1

3

4.

Yeni Zelandiya

2

0

0

2

1:4

0

 

Orxan Cəfərzadə