Doludan Göygölün 13 kəndi ziyan görüb. Əsasən kənd təsərrüfatı və evlərin dam örtükləri təbiət hadisəsindən zərər görüb. Taxıl zəmiləri, meyvə ağacları, əkin sahələri, xeyli sayda toyuq-cücə və mal-qara tələf olub. Rayonun 8 kəndində yaşayış evlərinin dam örtükləri tamamilə dağılıb. 5 kəndlə isə gediş-gəliş çətinləşdiyindən 10-na yaxın ağır texnika yaranan problemin aradan qaldırılmasına cəlb olunub və hərəkət yenidən bərpa edilib. Rayon Fövqəlada Hallar Komissiyasının nümayəndələri fəsadların aradan qaldırılmasına cəlb olunub.
Turani Əliyev- Göygöl Rayon Fövqəladə Hallar Komissiyasının sədri: Bizim tərəfimizdən elektrik təsərrüfatıdır, rabitədir, yoldu bunları rayon fövqalada hallar komissiyası tərəfindən bu işləri aradan qaldırırıq. Geca saat 2 radələrinə kimi işlənib. Kəndlərin hamısında işıq, eyni zamanda yollara çıxan olan qum, daş təmizlənib. Hazırda da işlər davam etdirilir.
Rəhman Bayramov - Şəhriyar kənd sakini: Qaranlıq çökdü heç bir yer görünmədi. Tufan oldu, dolu tökdü. Dolu iri buz parçası idi. Bütün Şəhriyar kəndini məhv edib.
İsmayıl Əliyev - Göyçə kənd sakini: Səksən səkkiz yaşımın içindəyəm. Belə dəhşətli hadisə görməmişəm. Dam örtükləri hamısı dağılıb.
Elnur Vahidoğlu
- Baxış: 1017