• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 691
— 21.06.2017 13:40

Binəqədi rayon sakini tanımadığı şəxs tərəfindən bıçaqlandı

KepezTV Player

Onu tanımadığı şəxs bıçaqladı. Binəqədi rayonunda bıçaqlanma hadisəsi olub. Hadisə Biləcəri qəsəbəsində qeydə alınıb. Qəsəbədə yaşayan 38 yaşlı Elnur Məmmədov küçədə tanımadığı şəxslə mübahisə edib. Bu zaman həmin şəxs Elnur Məmmədova bıçaqla xəsarət yetirib. Yaralı yaxınlarının köməkliyi ilə 1 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib və əməliyyat olunub. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsində araşdırma aparılır.

Zülfiyyə Telmanqızı