• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1097
— 21.06.2017 13:21

Ukraynanın Xarkov şəhərində keçirilən kişi boksçular arasında Avropa çempionatında 1/8 finala yekun vurulub

Bu mərhələnin ikinci günündə Azərbaycan yığmasının 4 üzvü gücünü yoxlayıb. Təmsilçilərimizdən yalnız 2-si mərhələ adlaya bilib. 75 kq-da olimpiya mükafatçımız Kamran Şahsuvarlı İrlandiyalı Emmet Brennanla döyüşüb və 5:0 hesabı ilə qalib gələn dəri əlcək ustamız mərhələ adlayıb. O, növbəti qarşılaşmasında alman Silvio Şyerleylə üz-üzə gələcək.

Abdulqadir Abdullayev də Şahsuvarlı kimi həm mərhələ adlayıb, həm də dünya çempionatına lisenziyaya yiyələnib. 91 kq dərəcəsində çıxış edən boksçumuz 1/4 finala gedən yolda Şotlandiya idmançısı Antoni Forresti mübarizədən kənarlaşdırıb. Abdullayev çempionatda ikinci görüşünü İngiltərə boksçusu Çeavan Klarka qarşı keçirəcək.

Millimizin üzvlərindən Tayfur Əliyev və Cavid Çələbiyev isə rinqi məğlub tərk edərək yarışı erkən başa vurublar.

Qeyd edək ki, Şahsuvarlı və Abdullayevədək Lorenzo Sotomayor, Pərviz Bağırov və Məhəmmədrəsul Məcidov da 1/8 final görüşünü qələbə ilə başa vurmuşdular.


Beləliklə, növbəti mərhələyə adlayan 5 boksçumuz həmçinin dünya çempionatında iştirak hüququna da yiyələniblər.

Orxan Cəfərzadə