• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1828
— 20.06.2017 23:00

Dolu qərb bölgəsində fəsadlara yol açıb

Qazax rayonuna yağan dolu bir sıra fəsadlar törədib. Diametri təxminən 5 sm olan dolu yağışı rayon mərkəzində və kəndlərdə təsərrüfata, həmçinin meyvə ağaclarına ciddi ziyan vurub. Hazırda dəyən zərər araşdırılır. Daşkəsən rayonunda güclü dolu və leysan yağış əkin sahələrinə və meyvə ağaclarına ziyan vurub. Göygöldə də eyni vəziyyət yaşanıb.