• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 707
— 20.06.2017 13:01

Astarada 33 yaşlı gənci elektrik cərəyanı vurdu

KepezTV Player

Axşam saatlarında Astara rayonunun Siyəkü kəndində bədbəxt hadisə baş verib. Kənd sakini 33 yaşlı Təlcan Zahidov evində elektrik naqili ilə ehtiyatsız davranması səbəbindən onu cərəyan vurub. Dərhal zərərçəkən yaxınları tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, Təlcan Zahidov xəstəxanada dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Zülfiyyə Telmanqızı