Almaniyanın Audi şirkəti indiyə qədər İnqolştadtda ən güclü üstü açıq avtomobilini - R8 V10 Spyder Plus-u görüntüləyib. Yenilik ötən il debüt etmiş R8 Spyderin bazasında yığılır. Plus ondan sərt üstü ilə birgə çox özəllikləri mənimsəyib. Kapotun altında yerləşən 5,2 litrlik atmosfer V10 mühərrik 610 at gücündədir. İki muftalı 7 pilləli sürət qutusu ilə avtomobil maksimum 328 km/saat sürət yığır. Audi R8 V10 Spyder Plus üçün xüsusi yaşıl rəng hazırlanıb, eksteryerdə və interyerdə isə xırda dəyişikliklər edilib. Qiymətə gəldikdə, Almaniyada bu maşın 207500 avroya başa gələcək. İlk çatdırılmalar isə yayın sonlarına təyin olunub.
Cavanşir Məmmədzadə
- Baxış: 560