Çin ilk dəfə Hard X-ray Modulation Telescope (HXMT) aparatını orbitə buraxıb. O, neytronlu ulduzları və qara dəlikləri araşdırmaqla məşğul olacaq. “Çançjen-4B” raket daşıyıcısı ilə teleskop Çzyuçyuan kosmodromdundan göyə çıxarılıb. 2,5 tonluq teleskop hazırda 550 km hündürlükdədir. Onun köməyilə çinli alimlər maqnit sahəsinin təkamül prosesini izləyəcək, qravitasiya dalğalarını araşdıracaq və pulsarlardan istifadə etməyi öyrənəcəklər. “Biz hələ də neytronlu ulduzlar haqqında çox şeyi bilmirik. Adi fikizi qanunlar neytonlu ulduzların vəziyyətini öyrənməyə imkan vermir”. Bunu Çinin elmlər akademiyasının astrofiziki ölçmələr laboratoriyasının direktoru Çjan Şuannan bildirib. Artıq astronomlar iki mindən artıq neytonlu ulduz aşkarlayıblar. Halbuki kainatda 10 minlərlə neytron olduğu güman edilir. Bu ulduzların radiusu bir neçə kilometr təşkil etsə də, yüksək sıxlığı sayəsində Günəş kimi iri ulduzlarla demək olar eyni çəkiyə malikdir. Alimlərin də əsas tapşırığı güclü elektromaqnit şüaları verən həmin astronomik obyektlərin enerji mənbəyini araşdırmaqdır. Astronomlar yeni teleskopla həmçinin bir sıra kosmik obyektləri özünə çəkən qara dəlikləri araşdırmağa çalışacaqlar.
Cavanşir Məmmədzadə
- Baxış: 531