• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1413
— 16.06.2017 19:58

Göygöldə kütləvi dava: iki nəfər xəsarət aldı

KepezTV Player

Göygöldə kafedə kütləvi dava qeydə alınıb. Nəticədə Şəmkir rayon sakinləri – 34 yaşlı Yusif Rəhimov və həmyaşıdı Zülfüqar Əliyev ağır bədən xəsarətləri alıblar. Yaralılar Şəmkir rayon Mərkəzi xəstəxanasınının tavmatologiya şöbəsinə yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib və stasianar müalicə üçün palataya yerləşdiriliblər. Zərərçəkənlərin dediyinə görə,  Gəncədən Şəmkirə gedərkən yolda  Göygöl rayonu ərazisində olan kafelərdən birində kofe içmək istiyiblər. Lakin kafeni işlədən şəxslə mübahisə yaranıb, bu zaman həmin şəxs və dostları Yusiflə Zülfüqarı döyüblər. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.