• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2372
— 16.06.2017 00:10

Üç nəfər qidadan zəhərləndi

KepezTV Player

Mingəçevirdə 3 nəfər qidadan zəhərlənib. Hadisə şəhərin “Energetiklər” qəsəbəsində, məcburi köçkünlərin məskunlaşdığı ərazidə baş verib.  Xocalı rayon sakinləri 14 yaşlı  Qəmbər və onun 12 yaşlı qardaşı Fərid Məmmədov, habelə onların evinə qonaq gələn dayısı oğlu, Goranboy sakini 4 yaşlı Raul Hüseynov yemək yedikdən sonra səhhətlərində problem yaranıb. Hər üçü qızdırma, qusma əlamətləri ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Zərərçəkənlərə tibbi yardım göstərilib.Faktla bağlı araşdırma aparılır.