KepezTV Player
Sabirabad rayonunun Poladtuğay kəndində 4 yaşlı Fərid evlərinin yaxınlığındakı su kanalına düşərək boğulub. Meyit sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Göygöl rayon sakini Mətanət Yaqubovanın yediyi zəhərə çevrilib. Qadın qidadan zəhərlənmə ilə xəstəxanaya gətirilərkən yolda həyatını itirib. Şirvan şəhər sakini Qulamhüseyn Balaşov isə həyətindəki üzüm talvarından yıxılıb. Aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilən şəxs orada ölüb.
Zülfiyyə Telmanqızı
- Baxış: 582