Bu günə xəbərlərin oxunma sayı: 966
— 13.06.2017 15:35

Goranboyda YAP üzvləri növbəti konfransını keçirib

KepezTV Player

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının 9-cu konfransı keçirilib. Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarətlə başlayan tədbirdə 23 il bundan öncə iyun ayında təsis edilən rayon təşkilatının 34 ərazi ilk partiya təşkilatı 483 nəfəri özündə birləşdirdiyi diqqətə çatdırılıb. Ötən dövrdə ərazi ilk partiya təşkilatlarının sayı 87-ə, üzvlərin sayı 7200-ə çatıb. Son konfransdan bu günədək 2000 nəfər partiya sıralarına qəbul edilib. Rayon YAP-çılarının 53 faizi qadınlar, 30 faizi gənclərdən ibarətdir. Çıxışlarda ulu öndər Heydər Əliyev siyasətinin davamçısı prezident İlham Əliyevin Goranboya diqqəti, həyata keçirilən sosial layihələr məmnunluqla qarşılanıb. Konfrans partiya sıralarına qəbul olunanlara üzvlük vəsiqəsi və fəallardan bir qrupuna fəxri fərman təqdim edilməsi ilə yekunlaşıb.

Natiq Hüseyn