• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2459
— 13.06.2017 10:11

İsveçrəli tələbələr dönə bilən rotorları olan dron hazırladılar

İsveçrənin Sürix şəhərinin yüksək texniki məktəbinin və Sürix incəsənət universitetinin bir qrup tələbəsi havada əksər pilotsuz aparatların bacarmadığı trükləri göstərə bilən heksakopter ərsəyə gətiriblər. Voliro adlı dronun əsas özəllikləri elektromotora bərkidilmiş fırlanan ucluqlarının olmasıdır. Bunlar sayəsində uçan pilotsuz aparat daha stabil olub və havada tamamilə fırlana bilir. Dron gələcək perspektivdə müdafiə ilə güclənəcək ki, belədə o, yerdə istənilən istiqamətdə hərəkət etmək imkanı qazanacaq. Hələlik yaradıcılar qeyri-adi dronun bazar versiyasını hazırlayıb-hazırlamayacaqları barədə açıqlama verməyiblər. Ancaq belə olarsa, dron öz analoqları arasında populyar ola bilər.

Cavanşir Məmmədzadə